BAKI, 14 sentyabr. TELEQRAF

Azərbaycanda məktəblərdə 12 illik təhsil sisteminə keçid məsələsinə aydınlıq gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə danışıb.

O, bu mövzunun hazırda gündəmdə olmadığını bəyan edib.

"Hazırda bu keçid aktual deyil və yaxın gələcəkdə belə bir addımın atılması nəzərdə tutulmur".

Bununla yanaşı, nazir ali təhsil müddətlərində islahatların aparıla biləcəyinə işarə edib.

O, bəzi dördillik ixtisasların üç ilə endirilməsinin yaxşı olacağını qeyd edib.