BAKI, 14 sentyabr. TELEQRAF
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təşkilata üzv olmayan ölkələrlə, xüsusən də Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir”.
Teleqraf xəbər verir ki, bunu KTMT-nin baş katibi Talətbek Masadıkov deyib.
“KTMT regional kontekstdə qarşılıqlı etimada və bölgədəki bütün ölkələrin maraqlarına hörmətə əsaslanan yeni Avrasiya təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlmiş geniş siyasi dialoq ideyasını təşviq edir. Bu işdə həm Özbəkistanla, həm də regiondakı bir çox digər ölkə və birliklərlə böyük perspektivlər görürük”, - o qeyd edib.
Hazırda Daşkənd təşkilatda tərəfdaş və ya müşahidəçi statusuna malik deyil. Özbəkistan 2012-ci ildə KTMT-dəki üzvlüyünü dayandırıb.