BAKI, 14 sentyabr. TELEQRAF

Polşa hərbçiləri Baltik dənizində Rusiya mənşəli hərbi dron tapıblar.

Teleqraf xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

“Hərbçilər Yaroslavets yaxınlığında, Ruzinovo yaşayış məntəqəsində yerləşən çimərlik ərazisində (Baltik dənizi) dron aşkar edərək sudan çıxarıblar. İlkin baxış bunun Rusiya mənşəli hərbi pilotsuz uçuş aparatı olduğunu göstərir”, - nazir bildirib.

Kosinyak-Kamış əlavə edib ki müvafiq xidmətlər hadisə yerində çalışırlar.