BAKI, 14 sentyabr. TELEQRAF
Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsində rəsmi səfərdə olan Ermənistan daxili işlər naziri Arpine Sərkisyanla görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə iki ölkə arasında hüquq-mühafizə sahəsində mövcud sıx əməkdaşlığa diqqət yetirilib.
Qeyd olunub ki, tərəfdaşlığın gələcək inkişafı üçün Gürcüstan və Ermənistanın Daxili İşlər nazirlikləri arasında cinayətkarlığa qarşı mübarizə haqqında imzalanmış saziş möhkəm əsas yaradır. Narkotik cinayətkarlığına və qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilmiş birgə əməliyyatlara diqqət çəkilib.
Söhbət zamanı Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın əhəmiyyətinə və ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanlarına toxunulub.
Həmçinin regionda baş verən prosesləri müzakirə edilib. İrakli Kobaxidze bu barədə bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsini qətiyyətlə dəstəkləyir.