BAKI, 14 sentyabr. TELEQRAF
Yəmən Silahlı Qüvvələri Heylan dağ silsiləsi və Əl-Kəsar bölgəsində husi qüvvələrinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Hadath” məlumat yayıb.
Mənbə bölgədə husilərlə Yəmənin hökumət qüvvələri arasında şiddətli toqquşmaların baş verdiyini bildirib.
Husilər Taiz vilayətində bir sıra istiqamətlərə - Xədir, Əs-Səlu, Əş-Şəqəb, Samə, Əl-Vaziyə və Ət-Təziyyə rayonlarına yeni qüvvələr göndəriblər.
Husi qüvvələri Əş-Şəqəbin şərqində yerləşən Həbura çatıb. Əl-Uqrud, Əş-Şəqəb, Əs-Səlu və Samə istiqamətlərində fəallıq qeydə alınıb.
Əks-hücumu davam etdirən husilər Əl-Vaziyə rayonuna çatıblar.
Yəmən ordusu isə Zubab, Əl-Vaziyə, Həifan və Cəbəl Həbəşi bölgələrində husilərin toplaşdığı əraziləri və hərbi texnikalarnı hədəfə alıb. Hava qüvvələri Zubab və Əl-Muxa da daxil olmaqla bir neçə ərazidə husilərərə və hərbi texnikalarına qarşı planlı zərbələr həyata keçirib.
Məaribin şimal və qərbində yerləşən Heylan dağ silsiləsində və Əl-Kəsar cəbhəsində də husilərin mövqelərinə və əlavə qüvvələrinə zərbələr endirib.