BAKI, 14 sentyabr. TELEQRAF

Böyük Britaniya Baş naziri Endi Börnem Uels, Şotlandiya və Şimali İrlandiyada ayrılma ilə bağlı referendumların keçirilməsi ideyasını dəstəkləmir.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News”a Britaniya baş nazirinin sözçüsü bildirib.

“Baş nazir Birləşmiş Krallığın dörd bir tərəfində vəd edilmiş dəyişiklikləri həyata keçirməyə sadiqdir və birliyə güclü inamı var. Birləşmiş Krallıq ən yaxşı nəticələrini insanlar cəmiyyəti bölmək əvəzinə, ortaq dəyərlər və problemlərin həlli ətrafında birləşdikdə əldə edir. Baş nazir konstitusiya müzakirələrində iştirak etmək və ya yeni referendumlar keçirmək əvəzinə, ev təsərrüfatlarının maliyyə yükünü azaltmağa və güclü iqtisadi təhlükəsizliyi təmin etməyə davam edəcək”, - o vurğulayıb.

Xatırladaq ki, Uels, Şotlandiya və Şimali İrlandiya liderləri bundan əvvəl Böyük Britaniyadan ayrılmaq hüququ haqqında memorandum imzalayıblar.