BAKI, 21 fevral. TELEQRAF

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Teleqraf qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.

O, daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib. Əjdər Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb.