BAKI, 20 fevral. TELEQRAF

Norveç komandası Qış Olimpiya Oyunlarında qazanılan qızıl medalların sayına görə rekordunu yeniləyib.

Teleqraf xəbər verir ki, fevralın 20-də norveçli Yohannes Deyl-Syovdal 15 km məsafəyə biatlon kütləvi start yarışında qızıl medal qazandı. Bu, Norveç komandasının İtaliyada keçirilən cari Olimpiya Oyunlarında qazandığı 17-ci qızıl medal olub.

Norveç komandası dörd il əvvəl Pekin Olimpiadasında Norveç idmançılarının 16 qızıl medal qazandığı öz rekordunu yeniləyib.