
BAKI, 9 aprel. TELEQRAF
Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycan taekvondoçuları ümumilikdə 19 medal qazanıblar.
Teleqraf xəbər verir ki, 10 qızıl, 3 gümüş 3 bürünc medal döyüş taekvondosu, 3 qızıl medal isə pumse üzrə qazanılıb.
Qızlar arasında üçlük kateqoriyasında Fidan Qəhrəmanova, Ayan Məmmədzadə, Gülnar Kərimova, oğlanlar arasında üçlük kateqoriyasında isə Həmid Qədir Məmmədzadə, Anil Abdulov, Orxan Ağazadə çempion adını qazanıblar.
Qeyd edək ki, bununla da Azərbaycanın ümumi medal sayı 53-ə yüksəlib.