BAKI, 11 aprel. TELEQRAF

"Real Madrid" və Hollandiya millisinin sabiq baş məşqçisi Leo Beenhakker 82 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə məşqçinin ailə üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.

Onun rəhbərliyi altında "Real Madrid" ardıcıl 3 dəfə İspaniya çempionu olub.

Beenhakker həmçinin Niderlandın “Ayaks”, ”Feyenoord” və “Vitesse”, İspaniyanın “Saraqosa” və “Real”, Niderland, Səudiyyə Ərəbistanı və Trinidad və Tobaqo milliləri kimi komandalara rəhbərlik edib.