
BAKI, 9 aprel. TELEQRAF
Ukrayna millisinin sabiq futbolçusu Andrey Voroninin həyat yoldaşı Yuliya Voronina sosial şəbəkə hesabında məşhur rusiyalı xokkeyçi Aleksandr Oveçkinlə fotosunu paylaşıb.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Oveçkin müntəzəm NHL çempionatlarında qol sayına görə əfsanəvi kanadalı Ueyn Qretzkinin rekordunu qırdıqdan bir müddət sonra edib.
Voroninin həyat yoldaşı heç bir şərh vermədən Oveçkinlə arxiv şəklini instaqrama yerləşdirib. Yuliyanın səhifəsindən hazırda Düsseldorfda (Almaniya) olduğu bildirilir.
Qeyd edək ki, Oveçkin 895-ci qoluna aprelin 6-da "Vaşinqton Kepitalz"ın “Nyu- York Ayleners”ə səfərdə 4:1 hesabı ilə qalib gəldiyi oyunda nail olub.