XANKƏNDİ, 13 aprel. TELEQRAF

“Sevindirici haldır ki, ultramarafona hər il maraq bir qədər də artır. Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyini sağlam həyat tərzinə sövq etməkdir”.

Teleqraf xəbər verir ki, bunu Qəbələ - Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov deyib.

AFF rəhbəri ultramarafonun işğaldan azad olunmuş ərazidə baş tutmasının özü üçün də önəmini vurğulayıb:

"Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə artıq bu möhtəşəm yarış ikinci dəfədir ki, keçirilir. Bu gün yarışın Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır. Çünki özüm də Qarabağ zonasında dünyaya göz açmışam. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəmanlığı və ordumuzun şücaəti sayəsində burada - Xankəndinin mərkəzində yarış keçiririk".