BAKI, 15 aprel. TELEQRAF

Rusiya İdman Nazirliyi xaç işarələrini embleminə qaytarıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev “Solovyov Live” verilişində deyib.

O, işarələrin kimin tərəfindən yığışdırıldığını bilmədiklərini etiraf edib: “Kilsə və monastırların təsvirlərində xaçların yox olması yolverilməzdir. Nazir təyin olunandan sonra emblemimizə nəzər yetirdim. Sizə demək istəyirəm ki, İdman Nazirliyinin embleminin birində xaç əvəzinə romb işarələri var. Bunun kim tərəfindən edildiyini bilmirəm. Xaçları İdman Nazirliyinin emblemi olan taclı ikibaşlı qartala qaytarırıq”.

Qeyd edək ki, Mixail Deqtyarev 2024-cü ilin mayından Rusiyanın idman naziridir.