
BAKI, 15 aprel. TELEQRAF
Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Hesabat Seçki Koqresi keçirilib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə kosovolu Astrit Hasani seçilib.
O, 24 səs yığaraq ən yaxın izləyicisi, moldovalı sabiq prezident Antonio Konflittini 5 səs qabaqlayıb.
EFW-nin vitse-prezidenti vəzifəsinə Karuana Cesmon (Malta, 37 səs), Stiyan Qrimset (Norveç, 35 səs) və Nedim Masiç (Bosniya və Herseqovina, 21 səs) seçiliblər.
Vitse-prezident postuna namizədliyin verən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə uğur qazana bilməyib. O, cəmi 13 səs yığa bilib.
Səsvermənin maraqlı tərəflərindən biri isə EWF-nin baş katibi vəzifəsinə serbiyalı Milan Mihayloviçin seçilməsidir.
Qeyd edək ki, Kosovo və Serbiya arasında uzun illərdir siyasi gərginlik yaşanır.