
BAKI, 14 aprel. TELEQRAF
Slovakiyanın paytaxtı Bratislavadakı çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə dönüblər.
Teleqraf xəbər verir ki, komanda hesabında Avropa çempionu olan milli komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri, güləşçilərin yaxınları, iştirakçılar və media nümayəndələri qarşılayıb.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) qızıl medal qazanıblar.