
XANKƏNDİ, 13 aprel. TELEQRAF
Qəbələ - Xankəndi ultramarafonunun dördüncü mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, Ağdamdan başlayan sonuncu mərhələyə Xankəndidə yekun vurulacaq.
İştirakçılar son mərhələdə 28 km kilometr məsafəni qət edəcəklər.
Qeyd edək ki, aprelin 10-da start götürən ultramarafon iştirakçıları daha öncə Qəbələ-Ağdaş (55 kilometr), Ağdaş-Bərdə (65 kilometr) və Bərdə-Ağdam (44 kilometr) mərhələləri üzrə yarışıblar.