BAKI, 9 aprel. TELEQRAF

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Teleqraf-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

İngiltərənin "Arsenal" klubu İspaniya "Real Madrid"ini qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Üstəlik, "Real Madrid"in futbolçusu Eduardo Kamavinqa uzatma dəqiqələrində qırmızı vərəqə alıb.

Gecənin digər görüşündə "Bavariya" Almaniyada İtaliyanın “İnter”ini sınağa çəkib. Bu oyunda da 3 qol vurulub. Lakin qələnəni qonaqlar qazanıb - 2:1.

Qeyd edək ki, mərhələnin cavab oyunları 15-16 apreldə baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar

8 aprel

23:00. "Arsenal" (İngiltərə) – "Real Madrid" (İspaniya) - 3:0

Qollar: Deklan Rays, 58; 70. Mikel Merino, 75

Qırmızı vərəqə: Eduardo Kamavinqa, 90+4 ("Real Madrid")

23:00. "Bavariya" (Almaniya) – "İnter" (İtaliya) - 1:2

Qollar: Tomas Müller, 85 - Lautaro Martines, 38. Davide Frattezi, 88.