BAKI, 20 dekabr. TELEQRAF
Mançester Siti"nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə Kriştianu Ronaldoya çatıb.
Teleqraf xəbər verir ki, İngiltərə çempionatının XVII turunda "şəhərlilər"in öz meydanında "Vest Hem"i qəbul etdiyi oyunda Holann matçın 6-cı dəqiqəsində hesabı açıb. Qarşılaşmanın 66-cı dəqiqəsinə qədər "Mançester Siti" 2:0 hesabı ilə öndə olub.
Hazırda Holann və Ronaldo Premyer Liqada 103 qolun müəllifidir. Lakin norveçli hücumçu bu göstəriciyə çatmaq üçün 122 oyun daha az keçirib.
Cari mövsümdə 25 yaşlı Erlinq Holann İngiltərə çempionatında klubunun heyətində 16 matçda iştirak edib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.