BAKI, 16 dekabr. TELEQRAF
“Dünya İdman Paytaxtı” lövhəsi Bakıya təqdim olunub.
Teleqraf xəbər verir ki, təqdimetmə mərasimi Bakı Şəhər İcra Hakimiyyətində paytaxtımızın “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş tədbirdə keçirilib.
Mərasimdə Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının prezidenti Can Françesko Lupatelli, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, idman federiyasiyalarının rəsmi nümayəndələri və media mənsubları iştirak ediblər.
Qeyd edək ki, Bakı Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən dünyanın paytaxtı elan olunub. 2025-ci ildə Monakoda olan status gələn il Buenos-Ayresdə olacaq.