LƏNKƏRAN, 20 dekabr. TELEQRAF

İsazadə Bəşir Əli oğlu güləş idman növü üzrə “Olimpiya Dərəcəli Hakim” adına layiq görülüb.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, bu ad güləş üzrə hakimlər üçün ən yüksək beynəlxalq dərəcələrdən biri hesab olunur və yalnız peşəkarlığı, bilik səviyyəsi və uzunmüddətli təcrübəsi ilə seçilən mütəxəssislərə verilir.

Lənkəran güləş məktəbinin yetirməsi olan Bəşir İsazadə bundan sonra beynəlxalq yarışlarda ölkəmizi rəsmi hakim qismində təmsil etmək hüququ qazanıb.