BAKI, 15 dekabr. TELEQRAF
Atletika Federasiyasının Quba regionu üzrə məşqçisi, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin "Atletika" üzrə məşqçi müəllimi, Vüqar Atayev faciəvi şəkildə ölüb.
Teleqraf xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
Məlumata görə, o, yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.