BAKI, 22 dekabr. TELEQRAF

“Azərbaycan dövləti şahmata yüksək qiyməti verdiyi üçün bu idman növündə uğurlu nəticələrimiz var”.

Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin şahmat yekunlarına həsr olunan tədbirdə deyib.

“Qadınlardan ibarət yığmamız bu il dünya çempionatında, kişilərdən ibarət yığma isə Avropa çempionatına ikinci oldular. Kişilərin nəticəsi ictimaiyyət tərəfindən uğurlu sayılmaması məni təəccübləndirmişdi. Avropa ikincisi olursan, amma bunu uğur kimi qəbul etmirlər. Əslində, bu, şahmatımızın nə qədər inkişaf etdiyini sübut edir.