Azərbaycan Şahmat Federasiyası 2025-ci ilin yekunlarına həsr olunan tədbirdə bir sıra şəxsləri təltif edib.
Teleqraf xəbər verir ki, federasiyanın baş katibi İlahə Qədimova, məşqçilər Bəhruz Qurbaov, Nicat Abasov, Qədir Hüseynov, şahmatçılar Habil Cavadov, Rüstəm Rüstəmov, Məryəm Ağaverdiyeva, Mehriban Əhmədli, Xaqan Əhməd, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Rauf Məmmədov, Eltac Səfərli, Teymur Rəcəbov, Ayan Allahverdiyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva təltif olunublar.
İdmanın bu növünə xidmətlərinə görə təltif edilənlərə sertifikatla yanaşı, pul mükafatı da təqdim olunub.