![](https://teleqraf.az/storage/2025/02/11/715x378/owl_detail_240_5ea23edb671e4de4f46472377f4fb51f.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası yüksək testosteronlu qadınları transgenderlərlə eyniləşdirəcək.
Teleqraf xəbər verir ki, təşkilat qadın doğulan, lakin kişilərdəki testosteron səviyyəsinə malik olan Kaster Semenya kimi idmançılar üçün məhdudiyyətlərin genişləndirilməsini təklif edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası bu məsələ ilə bağlı martın 5-dək məsləhətləşmələr aparacaq.