BAKI, 8 fevral. TELEQRAF

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının qadın əməkdaşları arasında minifutbol üzrə çempionat keçirilib.

Teleqraf xəbər verir ki, dairəvi sistem üzrə keçirilən çempionatda Fövqəladə Hallar Nazirliyinin (FHN) qadınlardan ibarət komandası uğurlu nəticə əldə edib.

Belə ki, FHN-in komandası bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin kuboku, fəxri diplomu və medalları ilə təltif ediliblər.