Azərbaycanın 21 yaşadək futbolçularından ibarət yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən millinin baş məşqçi vəzifəsi Yaşar Vahabzadəyə həvalə olunub.

Qeyd edək ki, Y.Vahabzadə bu vəzifədə Bernhard Lipperti əvəzləyib.