BAKI, 3 noyabr. TELEQRAF
Nizami rayonunda naməlum şəxs gecə saatlarında paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib.
DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun, bir nəfərə məxsus avtomobildən videoqeydiyyat qurğusunu da oğurladığı məlum olub.
Araşdırma aparılır.