BAKI, 8 sentyabr. TELEQRAF
Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xəsarət alan 4 nəfər (2 kişi, 2 qadın) sentyabrın 8-də saat 08:20 radələrində Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib. Onlardan 3 nəfərin (1 kişi, 2 qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Vəziyyəti orta ağır olan 1965-ci il təvəllüdlü kişi pasiyent isə daha ixtisaslı tibbi xidmət alması üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub.