SUMQAYIT, 8 sentyabr. TELEQRAF
Sumqayıt şəhərində Xəzər dənizinin sahilində qadın meyiti aşkarlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, meyit dənizin şəhər ərazisindən keçən sahil hissəsində tapılıb.
Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə və ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar zamanı ölən şəxsin Günel Əhmədzadə olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.