BAKI, 9 sentyabr. TELEQRAF
Sabirabad rayonunda qəsdən yanğın törədən şəxs saxlanılıb.
Teleqraf-ın xəbərinə görə, Sabirabad rayonunun Narlıq kəndi ərazisində qəsdən yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini H.Şükürov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.