BAKI, 8 sentyabr. TELEQRAF

Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.

TƏBİB-dən Teleqraf-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin məlumata görə, ölüm halı istirahət mərkəzində kanat qırılması nəticəsində baş verib.