BAKI, 8 sentyabr. TELEQRAF
Azərbaycanda dələduzluq edən 20 nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının sentyabrın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 20 nəfər saxlanılaraq istintaqa təhvil verilib.