BAKI, 8 sentyabr. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 7-də ümumi çəkisi 13,1 kiloqram narkotik vasitə aşkar olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bundan başqa, sentyabrın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,8 ton çəkidə 2677 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.