BAKI, 3 noyabr. TELEQRAF
AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məhkəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.
E.Əmirov 3 il öncə də polisin qanuni əmrinə tabesizlik göstərdiyi üçün Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilmişdi.
Xatırladaq ki, Eldar Əmirovun saxlanması ilə bağlı xəbəri ilk olaraq manşet.az saytı yayımlayıb.