GÖYGÖL, 2 noyabr. TELEQRAF

Göygöl rayonunda iki nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölənlər İspi Alıyev (2009) və həmyaşıdı Elvin adlı şəxsdir. Xəsarət alanlar isə 2008-ci il təvəllüdlü Yeni Qızılca kənd sakini Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanovdur.

Ölən və yaralananların vaxtilə bir sinifdə oxuduqları bildirilir.

Hadisənin "Mercedes" markalı avtomobilin maneyə çırpılıb aşması nəticəsində baş verdiyi ehtimal olunur.

***

01.05

Göygöl rayonunda "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan beynalxalq avtomobil yolunun Göygöl rayonu ərazisinin Bəhrambağ-Yeni Qızılca ərazisin qeydə alınıb.

İlkin məlumata görə, avtomobildə olan 4 nəfərdən ikisi hadisə yerində ölüb. Daha iki nəfər xəstəxanaya çatdırılıb. Ehtimal olunur ki, avtomoboil dəmir maneəyə çırpılaraq aşıb. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

***

00:40

Göygöldə ölümlə nəticələnən avtomobil qəzası olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, hadisə Bəhramağ -Qızılca yolunda olub. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.