TOVUZ, 2 oktyabr. TELEQRAF

Tovuzda yaşayış evində yanğın olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Aqil İsayevə məxsus yaşayış evində anidən yanğın baş verib. Həyət evinin xeyli hissəsi yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub.

Edilən müdaxilə nəticəsində alov söndürülüb.

Məlumat üçün bildirək ki, evdə yaşayış olmayıb

***

19:40

Tovuzda fərdi yaşayış evində yanğın başlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yanğın rayonun mərkəzindəki evlərdən birində qeydə alınıb.

Hadisə yerinə Tovuz rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun söndürülməsi istiqamətində iş aparılır.