BAKI, 2 noyabr. TELEQRAF
Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyi) “Haval” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
09:11
SALYAN, 2 noyabr. TELEQRAF
Ələt–Astara magistral yolunun 33-cü kilometrliyində, Salyan rayonu ərazisində yanğın hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, BMW X6 markalı avtomobil hərəkətdə olarkən qəfil alovlanıb.
Sürücünün avtomobili söndürmək cəhdləri nəticə verməyib və nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.
İlkin ehtimallara görə, yanğına avtomobildəki elektrik qısaqapanması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.