
BAKI, 6 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.
Agentlikdən Teleqraf-a verilən məlumata görə, hadisə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baș verib.
Bildirilib ki, Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.