
GƏNCƏ, 6 aprel. TELEQRAF
Gəncə şəhərində ana və iki azyaşlı övladı qidadan zəhərləniblər.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Leyla Nəcəfova və onun iki övladı - 2010-cu ildə anadan olmuş Rəvan Nəcəfov, 2005-ci il təvəllüdlü Ramal Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Onlara tibbi yardım göstərilib. Həkimlər hər üç şəxsin vəziyyətini stabil kimi qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.