BAKI, 7 aprel. TELEQRAF

Maqnit qasırğaları yaxın 24 saat ərzində Yer kürəsini bürüyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Məlumata görə, planetin geomaqnit sahəsində pozuntular və maqnit qasırğaları gözlənilir.

Aprelin 10-11-də Yer başqa bir tac dəliyinin təsir zonasında olacaq. Buna görə də, geomaqnit vəziyyətin uzunmüddətli sabitləşməsi gözlənilmir.