
BAKI, 6 mart. TELEQRAF
ABŞ-nin mərkəzi hissəsində güclü yağışlar dağıdıcı daşqınlara səbəb olub, azı 16 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb .
Məlumata görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.
Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə aprelin 5-də 6000-dən çox uçuş gecikməsi və elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi qeydə alınıb.