
GORANBOY, 6 aprel. TELEQRAF
Goranboyda daha bir şəxs sahibsiz itlərin hücumuna məruz qalıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Belə ki, sahibsiz itlər 1956-cı il təvəllüdlü kənd sakini Feruz Muradova hücum edib. Nəticədə 69 yaşlı Feruz Muradov it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyəti stabildir.
Məlumat üçün bildirək ki, gecə saatlarında daha bir rayon sakini, 64 yaşlı Müşgünaz Qəribova da it dişləməsi diaqnozu ilə xəstəxanaya gətirilib. Qadına ilkin tibbi yardım göstərilib.