
GƏNCƏ, 6 aprel. TELEQRAF
Gəncədə bıçaqlanan şəxsin son vəziyyəti açıqlanıb.
Gəncə Birləşmiş Xəstəxanasından Teleqraf-a bildirilib ki, hazırda xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
"06.04.2025-ci il tarixində saat 05:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Boynun sol ön nahiyəsinin kəsilmiş, deşilmiş yarası, qırtlağın zədələnməsi və travmatik şok diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***
10:01
Gəncədə mübahisə zəmnində qonşusu Nəsib Rüstəmovun boğaz nahiyyəsinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Bu barədə Teleqraf-ın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun Baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı Elmin Aşurov saxlanılaraq istintaqa təhvil verilib.
***
09:05
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qonşusu ilə mübahisə edən 2002-ci il təvəllüdlü Nəsib Rüstəmovun boğazı kəsilib.
Belə ki, tərəflər arasında düşən mübahisə zamanı N. Rüstəmov qarşı tərəfə balta ilə xəsarət yetirmək istəyib. Nəticədə onun boğaz nahiyyəsinə bıçaqla xəsarət yetirilib. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdıma başlanılıb.