
BAKI, 6 aprel. TELEQRAF
Masallı rayonunun İkinci Yeddioymaq kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 12 m² sahədə, 3 paq.m mətbəx mebeli və 1 ədəd soyuducu yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.