BAKI, 7 aprel. TELEQRAF

Şəmkir Rayon Polis Şöbəsinə “Mercedes” markalı avtomobildə 3 sərnişinin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332.800 manat ekvivalentində xarici valyutanı quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı İsrapıl Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.