BAKI, 7 aprel. TELEQRAF

Goranboy rayonunun Qazanbulaq qəsəbəsinə mavi yanacağın verilişi dayandırılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dünən axşam saatlarından 189 abonent qazsız qalıb.

İlkin məlumata görə, buna səbəb Borsunlu kəndində zibillik ərazidə baş verən yanğın olub. Yanğın nəticəsində 110 mm-lik polietilen boru sıradan çıxıb və qaz sızması baş verib.

Təmir bərpa işləri davam etdirilir.