BAKI, 7 aprel. TELEQRAF

Rusiya ordusunun Ukraynaya hücumunun tempi 2024-cü ilin noyabr ayından durmadan aşağı düşür, ruslar martda noyabra nisbətən üç dəfə az ərazi ələ keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.

ISW-nin geolokasiya məlumatlarına əsaslanan hesablamalarına görə, 2024-cü ilin noyabrında Rusiya qoşunları Ukraynada təxminən 627, dekabrda 569, bu ilin yanvarında 427, fevralda 354, martda isə 0.3 kvadrat kilometr ərazini işğal ediblər.