TOVUZ, 3 aprel. TELEQRAF

Tovuz rayonunun Bozalqanlı kəndində 7-ci sinif şagirdi Aysun Süleymanovanın itkin düşməsinin bəzi detalları məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə aprelin 2-də axşam saatlarında baş verib.

O, təhsil aldığı Bozalqanlı kənd məktəbindən dərsdən çıxdıqdan sonra çantasını rəfiqəsinin nənəsi Qaratel adlı qadının evinə qoyub.

Orada geyimini dəyişib, ardından yaxınlıqdakı mağazadan 1 manat pul alaraq naməlum istiqamətə gedib.

Məlumata görə, itkin düşən qızın valideynləri ayrı yaşayır. Məktəblinin özü isə babası evində qalırmış.

Hazırda polis əməkdaşları həmin evə gəliblər. Yaxınlıqda olan bütün müşahidə kameraları yoxlanılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.