
BAKI, 8 aprel. TELEQRAF
Tərtər rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Tərtər rayonunun Kəngərli kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Gədəbəy rayonunun İnəkboğan kəndində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konsturksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.