
GÖYGÖL, 8 aprel. TELEQRAF
Göygöl rayonunda 22 yaşlı qız itkin düşüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayonun Hacıməlik kənd sakini, 2003-cü il təvəllüdlü Briliant Həsənova evdən çıxıb və geri qayıtmayıb.
Onun yaxınları məsələ ilə bağlı polisə məlumat veriblər. Hazırda B.Həsənovnın axtarışları davam edir.
Faktı Daxili İşlər Nazirıiyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan da təsdiqləyiblər.
Digər xəbərə görə isə 22 yaşlı B.Həsənova evlənmək məqsədi ilə Salyan rayonuna qaçırılıb.
Qeyd edək ki, B.Həsənova Gəncə Tibb Kollecinin tələbəsidir. Onun ata və anası işləmək üçün Türkiyəyə gedib. Qız özü isə nənəsi ilə qalır.